“Qarabağ”ın sabahkı oyununa neçə bilet satılıb?

“Qarabağ”ın sabahkı oyununa neçə bilet satılıb?

Hazırda oxunan: “Qarabağ”ın sabahkı oyununa neçə bilet satılıb?

205265

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Ludoqorets" (Bolqarıstan) oyununa 23000 bilet satılıb.

Bizim.Media xəbər verir ki, avqustun 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Biletləri “Iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO