“Turan Tovuz” daha br futbolçu ilə vidalaşır.
Bizim.Media xəbər verir ki, qərblilər Luis Paçu ilə yollarını ayırır.
Onun adının mövsümün ilk turunda, “Neftçi” ilə matçın protokoluna salınmaması təsadüf deyil.
Komandanın yeni baş məşqçisi Kurban Berdıyev brazilyalı hücumçunun xidmətində maraqlı deyil. O, Rusiyadan öz oyun dəst-xəttinə uyğun hücumçu gətirmək niyyətindədir. Bu səbəbdən klub rəhbərliyi müqaviləsi davam edən 28 yaşlı oyunçuya 40 min dollar təzminat ödəyərək onu yola salır.
Qeyd edək ki, Paçu işsiz qalmayacaq. Futbolçunun tezliklə “Zirə” ilə razılığa gəlmək şansı var.
Rəşad Rafiqoğlu, Bizim.Media