“Sumqayıt”ın baş məşqçisi: “Konfrans Liqasına belə gəlmək olmaz”

“Sumqayıt”ın baş məşqçisi: “Konfrans Liqasına belə gəlmək olmaz”

Hazırda oxunan: “Sumqayıt”ın baş məşqçisi: “Konfrans Liqasına belə gəlmək olmaz”

204577

"Sumqayıt" Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyununda səfərdə "Fehervar"la 0:0 hesablı heç-heçə edərək turnirdə mübarizəni dayandırıb.

Bizim.Media xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

"Futbolçularıma təşəkkür edirəm. Ağır matçdan çıxdıq. Əfsuslar olsun ki, qələbə qazana bilmədik. Böyük ümidlərlə gəlmişdik, baxmayaraq ki, böyük itkilərimiz var idi. Heyəti qura bilməmişik. Ümumiyyətlə bu turnirə hazırlıqsız başladıq.

İsa Sulimanın zədələnməsi, Murad Xaçayevin də bizi pis vəziyyətdə qoyması. 2-3 gün ərzində çox şeyi dəyişib oyuna çıxmalı idik. Futbolçular nəyə gücləri çatdısa, onu da etdilər. Onlara təşəkkür edirəm, canlarını qoydular. Artıq çempionata köklənəcəyik.

Bir futbolçunun yoxluğundan sonra artıq məcbursan ki, hamını fərqli mövqedə oynadasan. Yeni transferlərimizdən Slavko Radoviç yorulmuşdu, əvəzlənməsini istəyirdi, amma kimi salaq oyuna? Konfrans Liqasına belə gəlmək olmaz. Artıq bu oyunlar bizim üçün təcrübədir".

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO