“Beşiktaş” hücum xəttini gücləndirməyi planlaşdırır.
Bizim.Media “Akşam”a istinadən xəbər verir ki, “qara qartal” Türkiyə çempionatında əvvələr də oynamış Sedrik Bakambu ilə maraqlanır.
33 yaşlı forvardın agenti hazırda “Beşiktaş”la danışıq aparır.
Konqolu hücumçu “Betis”dəki karyerasından razı deyil. İspaniya klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədər olan afrikalı özü hazırkı komandasını dəyişməyi planlaşdırır.
İstanbul təmsilçisi Sedrikin keçidini bu yay reallaşdırmaq niyyətindədir.
Rəşad Rafiqoğlu, Bizim.Media