“Sabah”ın baş məşqçisi: “Makkabi”ni hələ də favorit hesab edirəm”

“Sabah”ın baş məşqçisi: “Makkabi”ni hələ də favorit hesab edirəm”

Hazırda oxunan: “Sabah”ın baş məşqçisi: “Makkabi”ni hələ də favorit hesab edirəm”

204508

"Sabah" Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Makkabi"ni qəbul edəcək. 

Bizim.Media xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yeni mövsümdə evdə ilk oyunumuzdur. Çox təhlükəli rəqibə qarşı oynayacağıq. "Makkabi" mükəmməl komandadır. Səfərdə qalib gəlməyimizə baxmayaraq, hələ də onları favorit hesab edirəm. Qarşılaşmanın ilk hissəsi bitib. Hələ ikinci hissə var. "Makkabi"ni keçmək istəyiriksə, səfərdəkindən daha yaxşı oynamalıyıq.

- Səfərdəki qələbədən sonra futbolçuların eyforiyada olacağından qorxmursuz?

- Həftə ərzində oyunçularla bu barədə danışmışam. Onlara demişəm ki, eyforiyada olmaq lazım deyil. Hamımız dərk edirik ki, sabah bizi çox ağır oyun gözləyir. Amma hazırıq. Əlimizdən gələni etməliyik ki, mərhələni keçək.

- Aleksey Kaşuk Bakıdadır. Onunla danışıq aparırsız?

Hazırda Kaşuk bizim üçün mövzu deyil, başqa hədəflərimiz var.

- Sabahkı oyun üçün planınız nədir?

- Hər zaman belə düşünürəm ki, ən yaxşı müdafiə hücumdur. İlk saniyələrdən müdafiəni düşünsək, bizim üçün yaxşı olmayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO