Azərbaycanlı FİFA referisi Kamal Umudlu Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Drita" (Kosovo) - "Breydablik" cavab oyununu (1:0) idarə edib.
Bizim.Media xəbər verir ki, ona yan xətt hakimləri qismində Namik Hüseynov və Vüsal Məmmədov köməklik ediblər.
Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirib. Kamal Umudlu bu oyunda 5 sarı vərəqə göstərib.
Qeyd edək ki, ilk görüşdə 2:1, cavab matçında isə 1:0 hesabı ilə qalib gələn "Drita" növbəti mərhələyə adlayıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:40 / 31.07.2024
Kamal Umudludan Konfrans Liqasının oyununda 5 sarı vərəqə
Hazırda oxunan: Kamal Umudludan Konfrans Liqasının oyununda 5 sarı vərəqə
Hazırda oxunan: Kamal Umudludan Konfrans Liqasının oyununda 5 sarı vərəqə
204484
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.