Messi ilə “Barselona”nın keçmiş prezidenti arasında əsl müharibə “gedib” - TƏFƏRRÜAT

Messi ilə “Barselona”nın keçmiş prezidenti arasında əsl müharibə “gedib” - TƏFƏRRÜAT

Hazırda oxunan: Messi ilə “Barselona”nın keçmiş prezidenti arasında əsl müharibə “gedib” - TƏFƏRRÜAT

20438

Kataloniya radiosu Lionel Messinin "Barselona"nın keçmiş prezidenti Josep Mariya Bartomeu ilə qarşıdurmasının təfərrüatlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, onların arasında əsl müharibə gedib. 

Hər şey 2019-cu ildə "Barselona"nın Çempionlar Liqasında "Liverpul"la cavab oyunundan sonra başlayıb (0-4). Sonra katalonlar turniri yarımfinal mərhələsində tərk ediblər.

Bartomeu komandanın və baş məşqçi Ernesto Valverdenin perspektivlərini müzakirə etmək üçün Messinin evinə gəlib. Barsa prezidenti mütəxəssisi qovmaq istəyib, amma Leo problemin məşqçidə olmadığını söyləyib. Bu, azca da olsa kömək edib, Valverde vəzifəsini daha altı ay davam edib.

Söhbət əsnasında Messi Bartomeudan Antuan Qrizmannın “Barselona”ya gəlmək istədiyinin doğru olub-olmadığını soruşub. Mavi qranatların prezidenti Leoya bunların yalnız söz-söhbət olduğunu, bu mövzuda danışıqların getmədiyini bildirib. Bir həftə sonra Qrizmann rəsmi olaraq 120 milyon avro qarşılığında Barsaya keçib.

O vaxtdan bəri Messi ilə Bartomeu arasındakı münasibət daha da pisləşib. Eyni zamanda, katalonların lideri hücumdakı keçmiş ortağı Neymarın komandaya qayıdacağına inanıb.

Şayiələrə görə, Qrizmann ilə Messi dəfələrlə söyüşüblər, hətta bir dəfə məşqdə dalaşıblar.

İkinci amil pandemiya böhranıdır. “Barselona”dakı maddi vəziyyət yaxşı deyildi və futbolçular maaş kəsilməsinə getməli idilər. Müzakirə prosesi mürəkkəb olub və Messi komandanın maraqlarını təmsil edib.

Tərəflər, bütün futbol yarışları dayandırıldığı müddət ərzində maaşları azaltmağa razılaşıblar. Mövsümün bərpasından əvvəl Bartomeu oyunçulara yenidən maaşların kəsiləcəyini deyib. Messi bütün komanda adından imtina edib. Bundan sonra argentinalı Bartomeuya artıq etibar etməyəcəyini vurğulayıb.

Bartomeu prezidentliyinin sonunda çirkin oyun oynayıb. O, Barsa prezidentliyinə namizədlərə yönəlmiş təhqiramiz sosial media yazılarına görə pul ödəməkdə şübhəli bilinib. Həmin təhqirlərdən Bartomeuya qarşı olan oyunçuların və Messinin ünvanına da səslənib.

Bundan əlavə, funksionerin internetə məlumat sızdırmaqda da əli olub. Söhbət ən azı iki vəziyyətdən gedir: Messinin klubdan ayrılması və müqaviləsinin təfərrüatları ilə bağlı.

"Barselona"ya Ronald Kuman rəhbərlik etdiyi zaman argentinalı onunla görüşüb və klubdan ayrılmağı düşündüyünü etiraf edib. Elə həmin gün mediada məlumatlar ortaya çıxıb. Messi bunun Bartomeunun işi olduğuna qərar verib və ona qəzəbli bir mesaj göndərib: “Məlumat sızdırırsan! Lənət şeytana, məni yenidən zərbə altında qoyursan”.

Bir neçə gün sonra Messi klub ofisinə transfer tələbi göndərib. Sonda argentinalı Barsada qalıb, ancaq onunla müqavilə hələ uzadılmayıb.

Yeri gəlmişkən, müqavilə haqqında: Fevral ayında Messinin klubla razılaşmasının təfərrüatları şəbəkəyə sızıb, burada kosmik bir rəqəm göstərilib: beş il ərzində 555 milyon avro!

Bu, Bartomeunun klubdan ayrılmasından sonra baş verib. Bartomeu Messinin müqavilə məlumatlarını sızdırdığını inkar edir. Bununla birlikdə, şübhəli bilinənlər arasında yalnız keçmiş prezident deyil, eyni zamanda onun rəhbərliyində işləyənlər də var: keçmiş vitse-prezident, baş direktor, idarə heyətinin üzvü və hüquq şöbəsinin müdiri.

Bartomeu artıq klubda deyil. Messinin qalıb-qalmayacağı da hələ dəqiq deyil. Onlar arasında əsl müharibə gedib, əslində heç kim qalib gəlməyib. Uduzan isə “Barselona” olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO