İlk qələbəsini qazanan boksçumuz: “Bu gün mənim günüm idi”

İlk qələbəsini qazanan boksçumuz: “Bu gün mənim günüm idi”

Hazırda oxunan: İlk qələbəsini qazanan boksçumuz: “Bu gün mənim günüm idi”

203988

Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtında təşkil olunan Yay Olimpiya Oyunlarındakı ilk qələbəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

1/8 finalda kubalı Xulio Sesar la Krusa qalib gələn idmançı sevincli olduğunu bildirib:

"Çox çətin döyüş oldu. Mən bu yarışa çox yaxşı hazırlaşmışdım. Yaxşı məşq keçmişəm. Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir, buna görə də təşəkkürümü bildirirəm. Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə minnətdaram. Bu son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır. Bu gün mənim günüm idi. Qələbə qazanmağı bacardım. Hər şey qaydasındadır".

Qeyd edək ki, A.Dominqesin növbəti döyüşü avqustun 1 gerçəkləşəcək. O, 1/4 finalda Aybek Oralbayla (Qazaxıstan) qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO