Azərbaycanın qadın cüdoçusu Gültac Məmmədəliyeva "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, 52 kiloqramda çıxış edən idmançı ilk görüşündə ABŞ təmsilçisi Anjelika Delqadonu sınağa çəkib.
Qızıl xal bölümündə rəqibinə vaza-ari ilə uduzan Azərbaycan millisinin bayraqdarı mübarizəni dayandırıb.
Bununla da Azərbaycanın dörd cüdoçusu Olimpiadada çıxışını başa vurub. Daha əvvəl Leyla Əliyeva (48 kiloqram), Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) yarışla erkən vidalaşıblar.
Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:21 / 28.07.2024
“Paris-2024”: Millimizin bayraqdarı mübarizəni dayandırdı
Hazırda oxunan: “Paris-2024”: Millimizin bayraqdarı mübarizəni dayandırdı
Hazırda oxunan: “Paris-2024”: Millimizin bayraqdarı mübarizəni dayandırdı
203934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.