Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol yığması Avropa çempionatının C divizionunun qrup mərhələsində sonuncu oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, daha əvvəl yarımfinala vəsiqəni təmin edən Evren Alkayanın rəhbərlik etdiyi kollektiv Kosovonun paytaxtı Priştina şəhərində Ermənistanla üz-üzə gəlib.
Görüş milli komandanın 68:42 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media