18 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının C divizionunda yarışacaq.
Bizim.Media xəbər verir ki, qrup oyunları Kosovonun paytaxtı Priştinada keçiriləcək.
Azərbaycan millisi B qrupunda Albaniya, Gürcüstan və Ermənistan komandaları ilə qarşılaşacaq.
Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi yığmamız ilk oyununu bu gün Albaniyaya qarşı keçirəcək. Bir gün sonra Gürcüstanla üz-üzə gələcək basketbolçularımız qrupun son matçında Ermənistanla qüvvələrini sınayacaqlar.
23 iyul
19:00. Azərbaycan – Albaniya
24 iyul
19:00. Azərbaycan – Gürcüstan
25 iyul
16:30. Azərbaycan – Ermənistan.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
10:37 / 23.07.2024
Millimiz Avropa çempionatında MÜBARİZƏYƏ BAŞLAYIR
Hazırda oxunan: Millimiz Avropa çempionatında MÜBARİZƏYƏ BAŞLAYIR
Hazırda oxunan: Millimiz Avropa çempionatında MÜBARİZƏYƏ BAŞLAYIR
203200
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.