“Qarabağ”ın açıq məşqi və mətbuat konfransı olacaq

“Qarabağ”ın açıq məşqi və mətbuat konfransı olacaq

Hazırda oxunan: “Qarabağ”ın açıq məşqi və mətbuat konfransı olacaq

202945

“Qarabağ” UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün 2-ci təsnifat mərhələsinə hazırlığını davam etdirir.

Bizim.Media xəbər verir ki, ilk oyununu səfərdə keçirəcək “Qarabağ” Cəbəllütariqə yollanmazdan öncə son məşqinə sabah çıxacaq.

“Azersun Arena”da başlayacaq hazırlıqdan öncə komandanın baş məşqçisi Qurban Qurbanovun brifinqi təşkil olunacaq. Brifinq saat 17:00-da başlayacaq. Ardınca ilk 10 dəqiqəsi KİV nümayəndələri üçün açıq olan məşq prosesi start götürəcək.
“Linkoln” – “Qarabağ” görüşü iyulun 23-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO