“Neftçi”dən növbəti transfer

“Neftçi”dən növbəti transfer

Hazırda oxunan: “Neftçi”dən növbəti transfer

202940

"Neftçi” yeni transferlə güclənib.

Bizim.Media xəbər verir ki, "ağ qaralar"ın FKSB-in müdafiəçisi Siyabonqa Nqezana ilə uzun sürən danışıqları müsbət yekunlaşıb.

Stoperlə bütün detallarda razılıq əldə olunub. Təmsilçimiz afrikalı legionerin transferinə görə müəyyən məbləğdə təzminat da ödəməli olub.
Lakin məbləğ bir müddət əvvəl iddia olunan 7 milyon avrodan çox aşağıdır. Yeni transfer qısa müddətdə "ağ qaralar"ın düşərgəsində olacaq.

Neqzana 2023-cü ildə "Kayzer Çifs" klubundan FCSB klubuna keçib. 27 yaşlı arxa xətt oyunçusu ötən mövsüm meydana çıxdığı 31 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO