"Şamaxı" növbəti transferini AÇIQLADI

Hazırda oxunan: "Şamaxı" növbəti transferini AÇIQLADI

202781

“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi növbəti transferini reallaşdırıb. 

"Şamaxı" Vasiliye Radenoviçi heyətinə qatıb. Mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Radenoviçin son klubu Bosniya və Hersoqavinanın “GOSK Gabela” olub.

Qeyd edək ki, "Şamaxı" bunadək Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rauf Rüstəmli, Rüfət Abbasov,  Belajdi Pusi, Brahim Konate, Georgi Kantariya, Kamal Bayramov, Lubeni Haukonqo və Fəxri Məmmədlini sıralarına qatıb.

Lakin "Şamaxı" yeni transferlərindən Lubeni Haukonqo ilə yollarını ayırıb. Namibiya millisinin üzvü olan futbolçu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilməyib. Ona görə də Haukonqo üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO