“Mançester Yunayted” “Lion”un üzvünü transfer etdi

“Mançester Yunayted” “Lion”un üzvünü transfer etdi

Hazırda oxunan: “Mançester Yunayted” “Lion”un üzvünü transfer etdi

202661

“Mançester Yunayted” çoxdan planladığı transferi reallaşdırıb. “Qırmızı şeytanlar” müdafiənin mərkəzi üçün yeni futbolçu alıb. 

Bizim.Media xəbər verir ki, İngiltərə nəhəngi “Lill”dən 18 yaşlı müdafiəçi Leni Yoronu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə 5+1 illik müqavilə imzalanıb.

“Mançester Yunayted” Yoro üçün 62 milyon avro və bonuslar ödəyəcək. Məhz  maliyyə amili həlledici olub.

Futbolçunu “Real” da istəyirdi, lakin madridlilər mançesterlilərin xərclədiyini ödəməkdən imtina edib və Fransa təmsilçisi ən yaxşı variantı seçib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO