“Araz Naxçıvan” Küveyt və Özbəkistan klubları ilə qarşılaşacaq

“Araz Naxçıvan” Küveyt və Özbəkistan klubları ilə qarşılaşacaq

Hazırda oxunan: “Araz Naxçıvan” Küveyt və Özbəkistan klubları ilə qarşılaşacaq

202481

Təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” iyulun 21-də və 24-də növbəti yoxlama oyunlarını keçirəcək. 

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda əvvəlcə Küveytin “Al-Arabi” klubu ilə gücünü sınayacaq. 

Növbəti sparrinq isə Özbəkistan “Soqdiana”sı olacaq.

Qeyd edək ki, “qırmızı-ağlar” toplanışı iyulun 25-də yekunlaşdırıb Bakıya dönəcək və 2 gün istirahət etdikdən sonra Premyer Liqanın 1-ci turunda “Qarabağ”la keçiriləcək oyunun hazırlığına başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO