“Sabah” Ukrayna klubuna qalib gəldi

“Sabah” Ukrayna klubuna qalib gəldi

Hazırda oxunan: “Sabah” Ukrayna klubuna qalib gəldi

202476

Sloveniyada təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununu keçirib. 

Bizim.Media xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv Ukraynanın "Rux" klubu ilə üz-üzə gəlib. 

Qarşılaşma "Sabah"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Masazır təmsilçisinin qollarını Kahim Parris və Neqoş Kapuseviç vurub.

Qeyd edək ki, "Sabah" Sloveniyada bundan əvvəl üç hazırlıq matçı keçirib. Azərbaycan təmsilçisi yerli "Koper"ə 1:0 hesabı ilə qalib gəlib, Serbiyanın "Çukariçki" və Ukraynanın "Krivbas" klubu ilə isə heç-heçə edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO