“Sabahkı oyunda çalışacağıq ki, ilk matçdakı məğlubiyyətin əvəzini çıxaq. Favorit sayılmaq üçün bunu meydanda sübüt etmək lazımdır".
Bizim.Media xəbər verir ki, bu sözləri "Şerif"in baş məşqçisi Yuri Qura UEFA Avropa Liqasının 1-ci təsnifa mərhələsində "Zirə" ilə sabah keçiriləcək cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis "Qəbələ"nin sabiq futbolçusu və hazırda "Şerif"də çıxış edən Əyyub Allaşdan "Zirə" haqda müəyyən məlumatlar aldığını bildirib:
"İstərdik ki, “Zirə”dən güclü olduğumuzu sübut edək. Bunun üçün əlimizdən gələni edəcəyik. Hər bir baş məşqçi qələbə qazanmaq istəyir. Bizim komandada kifayət qədər moldovalı futbolçu var. Bura Avropa Liqasıdır və biz belə qərara gəldik ki, daha çox avropalı futbolçulardan yararlanaq. Hər iki komanda üçün “isti” olacaq. Əyyub Allaşla danışmışam, "Zirə” haqqında ondan müəyyən məlumatlar almışam".
Yuri Qura həmyerlisi, "Neftçi"niun yeni baş məşqçisi Roman Qrikorçukla isə söhbətinin olmadığını deyib:
“Neftçi”də toplanışla bağlı başı qarışıq olduğuna görə onu narahat etmək istəmədim. Bütün ssenariləri düşünmüşük və istənilən duruma hazırıq".
Qeyd edək ki, “Zirə” və “Şerif” arasında cavab matçı iyulun 18-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Moldovadakı ilk görüşdə "Zirə" 1:0 hesablı qələbə qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
19:27 / 17.07.2024
“Ondan “Zirə” haqda məlumat almışam” - "Şerif"in baş məşqçisi
Hazırda oxunan: “Ondan “Zirə” haqda məlumat almışam” - "Şerif"in baş məşqçisi
Hazırda oxunan: “Ondan “Zirə” haqda məlumat almışam” - "Şerif"in baş məşqçisi
202456
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.