“Qarabağ” Xorvatiya klubunu MƏĞLUB ETDİ

“Qarabağ” Xorvatiya klubunu MƏĞLUB ETDİ

Hazırda oxunan: “Qarabağ” Xorvatiya klubunu MƏĞLUB ETDİ

202325

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib. 

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Xorvatiya yüksək liqa təmsilçisi “Slaven”lə qarşılaşıb. 

Bu matç “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu isə Musa Qurbanlı vurub. “Qarabağ” bu gün daha bir yoxlama matçına çıxacaq. Ağdam klubu Tirol bölgəsindəki hazırlığı Səudiyyə Ərəbistanı Liqası təmsilçisi “Əl-Şabab”a qarşı matçla yekunlaşdıracaq. 
Bu görüşün start fiti isə saat 19:00-da səslənəcək. “Qarabağ” toplanış çərçivəsində Almaniyanın “Kayzerslautern”una (1:3) uduzub və Çexiya “Viktoriya”sına (2:1) qalib gəlib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO