Azərbaycan millisi Avropa çempionatının qalibi oldu - VİDEO

Azərbaycan millisi Avropa çempionatının qalibi oldu - VİDEO

Hazırda oxunan: Azərbaycan millisi Avropa çempionatının qalibi oldu - VİDEO

202039

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda final matçına çıxıb.

Bizim.Media xəbər verir ki, Evren Alkayanın yetirmələri həlledici görüşdə Kipr yığması ilə üz-üzə gəliblər.

Qarşılaşma millimizin 69:52 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığması bu nəticədən sonra ardıcıl ikinci dəfə Avropa çempionatının qalibi adını qazanıb.

Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən gənc basketbolçularımız yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb - 92:62. Yarış Cəbəllütariqdə keçirilib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO