Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatında növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, B divizionunun B qrupunda mübarizə aparan yığma üçüncü matçında İrlandiya ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 61:58 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli komanda qrupun digər görüşlərində Portuqaliyaya 34:90, Böyük Britaniyaya isə 51:97 hesabı ilə məğlub olub.
Alberto Blankonun rəhbərlik etdiyi komandanın növbəti görüşü iyulun 17-də Niderlanda qarşı olacaq.
Qeyd edək ki, Rumıniyanın Piteşti şəhərində təşkil olunan Avropa çempionatı iyulun 21-dək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:36 / 14.07.2024
Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu
Hazırda oxunan: Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu
Hazırda oxunan: Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu
201991
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.