Millimiz bu dəfə Gürcüstanı darmadağın etdi

Millimiz bu dəfə Gürcüstanı darmadağın etdi

Hazırda oxunan: Millimiz bu dəfə Gürcüstanı darmadağın etdi

201444

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin ikinci qrup oyunu baş tutub.

Bizim.Media xəbər verir ki, qızlarımızın bu dəfəki rəqibi Gürcüstan seçməsi olub. 

Oyuna sürətli başlayan millimiz Gürcüstan yığması üzərində 97-40 hesablı rahat qələbə qazanıb. Oyunun ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (24 xal, 5 ribaund) seçilib. 

Bu qələbə ilə qızlarımız yarımfinala vəsiqəni təmin ediblər. 

Millimizin qrupdakı sonuncu oyunu 11 iyul Bakı vaxtı ilə saat 12:30-da Kipr yığmasına qarşı olacaq.
Xatırladaq ki, millimiz ötən oyunda Ermənistanı darmadağın etmişdi. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO