Çempionlar Liqasında yeni mövsümə start verildi

Çempionlar Liqasında yeni mövsümə start verildi

Hazırda oxunan: Çempionlar Liqasında yeni mövsümə start verildi

201342

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhləsinə start verilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri üz-üzə gəliblər.

“Hamrun” komandası Maltada Cəbəllütariqin “Linkoln” kollektivini qəbul edib. Qarşılaşmanın taleyini 1 qol həll edib. “Linkoln” səfərdə qalib gəlib. Cavab görüşü iyulun 16-da gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan çempionu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.

Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunları 9 iyul Panevejis (Litva) – HJK (Finlandiya) 3:0 Hamrun (Malta) – Linkoln (Cəbəllütariq) 0:1 Nyu-Sents (Uels) – Deçiç (Monteneqro) 3:0 Santa-Koloma (Andorra) – Balkani (Kosovo) 1:2 Vikinqur Reykyavik (İslandiya) – Şemrok Rovers (İrlandiya) 0:0 Virtus (San Marino) – Styaua (Rumıniya) 1:7

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO