Polşa klubu “Neftçi”nin qapıçısına təklif göndərdi

Polşa klubu “Neftçi”nin qapıçısına təklif göndərdi

Hazırda oxunan: Polşa klubu “Neftçi”nin qapıçısına təklif göndərdi

201105

"Neftçi"nin qapıçısı İvan Brkiç komandadan ayrıla bilər.

Bizim.Media xəbər verir ki, 29 yaşlı qolkiperin karyerasını Polşada davam etdirmək ehtimalı var. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

Xorvatiyalı "əlcək sahibi"nin "Motor Lublin" klubuna keçəcəyi iddia olunur. Artıq tərəflər arasında anlaşma əldə olunduğu bildirilir.

Qeyd edək ki, İvan Brkiç 2022-ci ilin yanvar ayından "Neftçi"də çıxış edir. Təcrübəli qapıçı "ağ-qaralar"ın heyətində 68 rəsmi matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO