Millimizin üzvü “Araz Naxçıvan”a keçdi - FOTO

Millimizin üzvü “Araz Naxçıvan”a keçdi - FOTO

Hazırda oxunan: Millimizin üzvü “Araz Naxçıvan”a keçdi - FOTO

200768

Bəxtiyar Həsənalızadə karyerasını “Araz-Naxçıvan”da davam etdirəcək. 

Bizim.Media xəbər verir ki, mərkəz müdafiəçisi ilə anlaşmanın müddəi 1 ildir və o, Premyer Liqanın 2024-25-ci il mövsümündə “qırmızı-ağlar”ın heyətində yer alacaq. 

Tibbi müayinədən keçən 31 yaşlı futbolçu artıq komandanın məşqlərinə qoşulub.

Ötən mövsümü Türkiyənin I Liqasında mübarizə aparan “Tuzlaspor”da keçirən Həsənalızadə peşəkar futbolçu karyerasına “Sumqayıt”da başlayıb, daha sonra “Zirə” və “Sabah”ın formasını geyinib. Müdafiəçi müxtəlif illərdə Azərbaycanın U-21 və əsas millisinə dəvət alıb.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO