Futbol üzrə milli komandamızın üzvü Rahil Məmmədovun Polşanın LKS klubundan ayrılması barədə məlumat vermişdik.
Bizim.Media xəbər verir ki, artıq müdafiəçinin yeni klubu da bəllidir.
Polşa mətbuatıının iddiasına görə Məmmədov karyerasını elə bu ölkədə davam etdirəcək. Onun yüksək liqanın digər təmsilçisi “Radomyak”la anlaşdığı bildirilir. Tərəflər artıq bütün şərtlər üzrə razılıq əldə ediblər. Yaxın günlərdə rəsmi müqavilənin imzalanması gözlənilir.
Xatırladaq ki, LKS-in Eksraklassanı tərk etməsindən sonra Rahil Məmmədov komanda ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozmuşdu.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
11:46 / 05.07.2024
Millimizin üzvünün yeni klubu MƏLUM OLDU
Hazırda oxunan: Millimizin üzvünün yeni klubu MƏLUM OLDU
Hazırda oxunan: Millimizin üzvünün yeni klubu MƏLUM OLDU
200545
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.