Gürcüstan millisinin və Fransanın “Mets” klubunun hücumçusu Jorj Mikautadze karyerasını “Monako”da davam etdirməyə yaxındır.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Liqa 1 təmsilçisi artıq 23 yaşlı futbolçu ilə razılaşıb. “Monako” “Mets”ə transfer qiyməti bağlı təklif göndərib. Fransa klubunun məqsədi Avro-2024 sonuna qədər gürcüstanlı futbolçunun keçidi üçün bütün detalları həll etməkdir.
Qeyd edək ki, Jorj Mikautadze Avro-2024-ün qrup mərhələsinin bombardiri (3 qol) olub. Tarixində ilk dəfə Avropa çempionatında iştirak edən Gürcüstan millisi isə 1/8 vəsiqə qazanıb. Komanda iyunun 30-da İspaniya millisi ilə qarşılaşacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
06:16 / 29.06.2024
Mikautadze bu klubla razılaşdı
Hazırda oxunan: Mikautadze bu klubla razılaşdı
Hazırda oxunan: Mikautadze bu klubla razılaşdı
199571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.