“Real Madrid”in futbolçusu Səudiyyə Ərəbistanında oynayacaq

“Real Madrid”in futbolçusu Səudiyyə Ərəbistanında oynayacaq

Hazırda oxunan: “Real Madrid”in futbolçusu Səudiyyə Ərəbistanında oynayacaq

199325

İki gün öncə İspaniya "Real Madrid"i ilə yollarını ayıran Naço Fernandes Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Kadisiya” ilə müqavilə bağlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ərəb klubuna azad agent kimi keçən oyunçu ilə imzalanmış sözləşmənin detalları açıqlanmayıb.

34 yaşlı futbolçu yeni komandasında 6 nömrəli formanı geyinəcək.

Karyerası ərzində yalnız “Real Madrid”də çıxış etmiş müdafiəçi “kral klubu”nun tarixində ən çox titul (26) qazanan futbolçudur. İspaniya millisinin üzvü həm də UEFA Çempionlar Liqasının altıqat qalibi olmuş 5 oyunçudan biridir.

Qeyd edək ki, Naço Fernandes “Real Madrid”də keçirdiyi 364 rəsmi oyunda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO