“Sabah” xorvatiyalı futbolçu ilə müqavilə BAĞLADI

“Sabah” xorvatiyalı futbolçu ilə müqavilə BAĞLADI

Hazırda oxunan: “Sabah” xorvatiyalı futbolçu ilə müqavilə BAĞLADI

199316

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə 3+1 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu Xorvatiyanın "Slaven Belupo" klubundan transfer edilib. İvan futbolçu karyerası ərzində Xorvatiyanın "Rieka" (2018-2023), həmçinin icarə əsasında bu ölkənin "Zadar" (2018/19), Almaniyanın "Arminiya" (2022/23) klublarında çıxış edib.
Lepinitsa 2023-cü ildə "Rieka"dan "Slaven Belupo"ya keçib. Futbolçu Xorvatiya millsinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub. İvan "Sabah"da 13 nömrəli formada çıxış edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO