Avro-2024: Avstriya və Fransa 1/8 finala vəsiqə qazandı - VİDEO

Avro-2024: Avstriya və Fransa 1/8 finala vəsiqə qazandı - VİDEO

Hazırda oxunan: Avro-2024: Avstriya və Fransa 1/8 finala vəsiqə qazandı - VİDEO

199057

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının D qrupunda 3-cü turun oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, Niderland millisi Avstriya ilə üz-üzə gəlib. Qarşılaşma “narıncılar”ın məğlubiyyəti ilə bitib – 2:3. Qrupun digər görüşündə Fransa Polşa ilə heç-heçə edib – 1:1.

Beləliklə, Avstriya yığması qrup lideri kimi 1/8 finala yüksəlib. Fransa millisi isə ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb. Niderland ən yaxşı qrup üçüncüsü kimi pley-offda iştirak edəcək.

AÇ-2024

D qrupu

25 iyun

Fransa – Polşa 1:1

Qollar: Kilian Mbappe, 56-pen – Robert Levandovski, 79-pen.

Baş hakim: Marko Quida (İtaliya)

Dortmund. “Siqnal İduna Park”.

Niderland – Avstriya 2:3

Qollar: Kodi Qakpo, 47. Memfis Depay, 75 – Donyel Malen, 6-öz qapısına. Romano Şmid, 59. Marsel Zabitser, 80.

Baş hakim: İvan Krujlyak (Slovakiya).

Berlin. Olimpiya stadionu.

Xallar: Avstriya – 6. Fransa – 5. Niderland – 4. Polşa – 1.
 

 

 

 

 

 

 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO