“Sabah” xorvatiyalı futbolçu ilə DANIŞIQ APARIR

“Sabah” xorvatiyalı futbolçu ilə DANIŞIQ APARIR

Hazırda oxunan: “Sabah” xorvatiyalı futbolçu ilə DANIŞIQ APARIR

198814

"Sabah" heyətini xorvatiyalı ilə futbolçu ilə gücləndirməyə hazırlaşır. 

Bizim.Media xəbər verir ki, bu barədə Xorvatiyanın “Germanijak” portalı məlumat yayıb. 

Xorvatiyalıların iddiasına əsasən, “bayquşlar” yaxın vaxtlarda İvan Lepinitsa ilə müqavilə imzalayacaq. 

“Sabah”ın həmin yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanacağı gözlənilir. Üstəlik, "Sabah" 24 yaşlı yarımmüdafiəçinin keçidi üçün Xorvatiyanın "Slaven Belupo" klubuna 400 min avro (təxminən 730 min manat) ödəyəcək. “Riyeka”nın yetirməsi “Zadar”, “Arminiya”(Bilefeld) komandalarında da oynadıqdan sonra 2023-cü ildə “Slaven Belupo”ya keçib.
Dayaq yarımmüdafiəçisinin hazırkı komandası ilə müqaviləsi 2025-ci il mayın 31-nə qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO