Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin III turuna start verilib.
Bizim.Media xəbər verir ki, günün hər iki oyunu A qrupunda baş tutub.
Daha əvvəl 1/8 finala vəsiqəni təmin edən Almaniya millisi İsveçrə ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.
İsveçrənin heyətində Dan Ndoye, Almaniyada isə Niklas Fullkruq fərqləniblər. Bu nəticədən sonra xallarını 7-yə çatdıran Almaniya seçməsi qrup lideri kimi 1/8 finala vəsiqə qazanıb. İsveçrə millisi isə 5 xalla qrupu ikinci pillədə başa vurub və növbəti tura çıxıb.
Digər görüşdə Şotlandiya Macarıstanı sınağa çəkib. Görüş macarların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
Bizim.Media