Süni intellektin PROQNOZU: Avropa Çempionatının bugünkü oyunlarında nəticələr necə olacaq? – VİDEO 

Süni intellektin PROQNOZU: Avropa Çempionatının bugünkü oyunlarında nəticələr necə olacaq? – VİDEO 

Hazırda oxunan: Süni intellektin PROQNOZU: Avropa Çempionatının bugünkü oyunlarında nəticələr necə olacaq? – VİDEO 

198352

Süni intellekt tətbiqi “ChatGPT” futbol üzrə Avropa Çempionatında qrup mərhələsinin II turu çərçivəsində bu gün keçiriləcək oyunların nəticələri ilə bağlı təxminlər irəli sürüb.

“ChatGPT” Bizim.Media-nın sorğusuna cavab olaraq, sözügedən görüşlərlə bağlı maraqlı proqnozlar verib. 

Süni intellektin proqnozuna görə, E qrupu çərçivəsində bu gün saat 17.00-da başlayacaq Slovakiya-Ukrayna qarşılaşması 2-1 hesabı ilə başa çatacaq. Almaniyanın Düsseldorf şəhərində yerləşən “Esprit Arena”da oynanılacaq görüşü ingiltərəli baş hakim Maykl Oliver idarə edəcək. 


“ChatGPT”-nin təxmininə görə günün ikinci matçında Polşa Avstriyanı 2-1 hesabı ilə məğlub edəcək. D qrupu çərçivəsində oynanılacaq bu görüş saat 20.00-da start götürəcək. Berlin Olimpiya Stadionunda keçiriləcək oyunu türkiyəli baş hakim Halil Umut Meler idarə edəcək.
 


Günün maraqla gözlənilən Niderland-Fransa oyunu ilə bağlı süni intellektin təxmini isə daha çox diqqət çəkib. Belə ki, “ChatGPT” saat 23.00-da start götürəcək oyunda Niderlandın Fransanı 2-0 hesabı ilə məğlub edəcəyini proqnozlaşdırır. Leyptsiq şəhərindəki “Red Bull Arena” stadionunda keçiriləcək oyunu ingiltərəli baş hakim Entoni Teylor idarə edəcək. 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO