Serbiya millisi Albaniya və Xorvatiya azarkeşlərinin irqçi şüarlarına görə AVRO-2024-ü tərk etmək istədiklərini bildiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə Serbiya millisinin rəsmi saytı məlumat yayıb.
Xorvatiya Albaniya görüşündə azarkeşlər "serbləri öldürün" şüarı səsləndirdiklərinə görə serbiyalılar turniri tərk etmək qərarına gəliblər. Buna səbəb olaraq isə azarkeşlərinin və futbolçularının təhlükəsizliyinin təmin olunmamasını göstəriblər.
Qeyd edək ki, Serbiya millisinin rəsmiləri hazırda UEFA ilə mövzu barədə görüş tələb ediblər.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:07 / 20.06.2024
Serbiya millisi AVRO-2024-ü tərk edəcək?
Hazırda oxunan: Serbiya millisi AVRO-2024-ü tərk edəcək?
Hazırda oxunan: Serbiya millisi AVRO-2024-ü tərk edəcək?
198166
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.