Klublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi

Klublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi

Hazırda oxunan: Klublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi

198017

“Sabah”, “Sumqayıt” və “Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, mübarizəyə bu raunddan qoşulacaq “Sumqayıt” “Fehervar”la (Macarıstan), “Sabah” isə “Makkabi” (Hayfa, İsrail) ilə qarşılaşacaq. “Sumqayıt” mövsümə evdə, “Sabah” isə səfərdə başlayacaq. Avropa Liqasının 1-ci raundunda “Şerif”lə (Moldova) üz-üzə gələcək “Zirə” isə rəqibinə məğlub olarsa, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Dunayska Ştreda”ya (Slovakiya) rəqib olacaq. “Zirə”nin təşkil etdiyi cütün məğlubu ilk görüşünü evdə keçirəcək. Qeyd edək ki, Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO