"Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçiriləcək

Hazırda oxunan: "Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçiriləcək

197978

İyunun 20-də ümumi təhsil müəssisələrinin IX və X sinif şagirdlərinin iştirak etdikləri “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi təşkil olunacaq.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, olimpiadanın final mərhələsi Naxçıvan şəhərində keçiriləcək.

Finalda olimpiadanın ikinci mərhələsində ən yüksək nəticə göstərmiş 36 şagird bilik və bacarığını sınayacaq.

Naxçıvan Dövlət Universitetində təşkil olunacaq finalda münsiflər heyəti tərəfindən şagirdlərə açıq tipli suallar təqdim ediləcək.
“Qərbi Azərbaycana qayıdış” olimpiadası qaliblərinin mükafatlandırılma tədbiri iyunun 21-də Naxçıvanda keçiriləcək “Qərbi Azərbaycana qayıdış” festivalı çərçivəsində təşkil ediləcək.

Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO