Avro-2024 “qol yağışı” ilə başladı - VİDEO

Avro-2024 “qol yağışı” ilə başladı - VİDEO

Hazırda oxunan: Avro-2024 “qol yağışı” ilə başladı - VİDEO

197382

Bu gün Almaniyada futbol üzrə 2024-cü il Avropa çempionatında start verilib.

Bizim.Media xəbər verir ki, turnirdə 24 komanda iştirak edir. 

İştirakçılar hər birində 4 komanda olmaqla 6 qrupa bölünüblər. Qrupda birinci-ikinci yeri tutan 12 komanda, eləcə də ən yaxşı nəticə göstərən ücüncü yeri tutacaq 4 komanda 1/8 finalda oynamaq hüququ qazanacaq. Yarış Almaniyanın 10 şəhərində keçirilir.

Avro-2024-ün açılış matçında (A qrupu) ev sahibi Almaniya millisi Şotlandiya ilə üz-üzə gəlib və 5:1 hesabı ilə qalib gəlib.

Bu qrupun digər görüşü - Macarıstan - İsveçrə matçı iyunun 15-də keçiriləcək.

Avro-2024, açılış oyunu

23:00. Almaniya - Şotlandiya - 5:1

Qollar: Virtz, 10 (1:0), Musiala, 19 (2:0), Havertz, 45+1-pen (3:0), Füllkruq, 68(4:0), Rüdiqer, 87-avtoqol (4:1), Emre Can, 90+3 (5:1)

Qırmızı vərəqə: Porteous, 44 (Şotlandiya)

Baş hakim: Kleman Türpen (Fransa)

"Allianz Arena"
 


 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO