AFFA U-13 Liqası: “Qarabağ

AFFA U-13 Liqası: “Qarabağ" çempion oldu - FOTO/VİDEO 

Hazırda oxunan: AFFA U-13 Liqası: “Qarabağ" çempion oldu - FOTO/VİDEO 

197353

AFFA U-13 Liqasının final görüşündə "Qarabağ" və "Neftçi” komandaları qarşılaşıb.

Bizim.Media xəbər verir ki, ASCO Arenada keçirilən final oyununda "Qarabağ"ın 13 yaşlıları "Neftçi” komandasındakı həmyaşıdlarına 1:0 hesabı ilə qalib gəliblər. 

Qarşılaşmada yeganə qolu komandanın hücumçusu İbrahim Rza vurub.

Bu qələbə ilə  "Qarabağ" turnirin çempionu olub. AFFA-nın 2023-2024-cü il üçün təşkil etdiyi Azərbaycan Çempionatına bu oyunla yekun vurulub.

Qeyd edək ki, “Qarabağ" Futbol Klubunun 13 yaşlıları iki il öncə də "Vətən"ə qalib gəlməklə, turnirin çempionu olmuşdular.
 




Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO