SON DƏQİQƏ: Millimizin yeni baş məşqçisi BƏLLİ OLDU

SON DƏQİQƏ: Millimizin yeni baş məşqçisi BƏLLİ OLDU

Hazırda oxunan: SON DƏQİQƏ: Millimizin yeni baş məşqçisi BƏLLİ OLDU

196906

Futbol üzrə milli komandamızın yeni baş məşqçisi müəyyənləşib. 

Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu posta portuqaliyalı Fernandu Santuş gətirilib. 

Bu barədə qərar milli assosiasiyanın onlayn formatda keçirilən iclasında qəbul edilib. 

Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub: 

"Bu xüsusda Fernandu Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib. Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub".

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO