U-17 Albaniya ilə iki yoxlama görüşü keçirəcək

U-17 Albaniya ilə iki yoxlama görüşü keçirəcək

Hazırda oxunan: U-17 Albaniya ilə iki yoxlama görüşü keçirəcək

196844

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki mərhələli təlim-məşq toplanışı olacaq. 

Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, U-17 Albaniya ilə 2 yoldaşlıq görüşü keçirəcək

Milli əvvəlcə iyunun 13-dən 14-dək Bakıda hazırlıq keçəcək. Toplanışın ikinci mərhələsi iyunun 15-dən 20-dək Albaniyanın Dürres şəhərində baş tutacaq. 

U-17 hazırlıq zamanı Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoldaşlıq görüşünə çıxacaq. İlk matç iyunun 17-də, ikinci qarşılaşma isə 19-da reallaşacaq. “Egnatia Arena”da təşkil olunacaq hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO