"Qalatasaray" Okan Burukla yeni müqavilə imzalayacaq

Hazırda oxunan: "Qalatasaray" Okan Burukla yeni müqavilə imzalayacaq

196109

"Qalatasaray" bu gün baş məşqçisi Okan Burukla yeni müqavilə imzalayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə klubun  mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi bu gün 50 yaşlı mütəxəssis üçün imza mərasimi təşkil edəcəyini  açıqlayıb. Tədbir "Ali Sami Yen" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Qeyd edək ki, Okan Buruk 2022-ci ildən "Qalatasaray"ın baş məşqçisidir. O, komanda ilə ardıcıl 2 dəfə Superliqa çempionu olub. Həmçinin "Qalatasaray" bu mövsüm Türkiyə Superkubokunu da qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO