“Səbail” futbolçusu Ağabala Ramazanovla yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, kapitanla müqavilənin müddəti başa çatıb. “Səbail“ futbolçusuna bu günə kimi kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında ona uğurlar arzulayıb.
Ramazanov karyerası ərzində 2 dəfə - 2018-2020 və 2022-2024-cü illər mövsümündə “dənizçilər”in formasını geyinib, ümumilikdə 80 oyuna çıxıb. O, bu matçlarda 20 qol vurub, 8 məhsuldar ötürmə edib.
Həmçinin “Səbail” futbolçusu Samir Abdullayevlə müqaviləsini uzadıb.
Yarımmüdafiəçi ilə sözləşmə 1 illikdir. O, ötən mövsüm komandanın heyətində Misli Premyer Liqasında 22, Azərbaycan Kubokunda 4 oyuna çıxıb. Oyunçu bu görüşlərdə 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Azərbaycan U-21 milli komandasının üzvü 2022-ci ildən “dənizçilər”in formasını geyinir.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:57 / 04.06.2024
“Səbail” kapitanı ilə yolları ayırdı
Hazırda oxunan: “Səbail” kapitanı ilə yolları ayırdı
Hazırda oxunan: “Səbail” kapitanı ilə yolları ayırdı
195739
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.