Atçılığın dresaj növü üzrə Azərbaycan millisinin üzvü Aqata Zəhrabəyova Fransanın Le Mans şəhərində keçirilən CDİP kateqoriyalı beynəlxalq yarışda kubokun sahibi olub.
Dövlət Sərhəd Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Belçika, Fransa, İsveçrə və İrlandiya daxil olmaqla, ümumilikdə 21 ölkənin iştirak etdiyi turnirin final mərhələsinə yüksələn idmançı rəqiblərini 75,9 faizlik balla qabaqlayaraq buna nail olub.
Qeyd edək ki, ilin sonunadək daha bir neçə beynəlxalq turnirdə iştirakı planlaşdırılan Aqata Zəhrabəyova təlimlərini Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində davam etdirir.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:06 / 04.06.2024
İdmançımız beynəlxalq yarışda kubokun sahibi oldu
Hazırda oxunan: İdmançımız beynəlxalq yarışda kubokun sahibi oldu
Hazırda oxunan: İdmançımız beynəlxalq yarışda kubokun sahibi oldu
195641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.