Minifutbol millimiz Avropa çempionatına darmadağınla başladı

Minifutbol millimiz Avropa çempionatına darmadağınla başladı

Hazırda oxunan: Minifutbol millimiz Avropa çempionatına darmadağınla başladı

195308

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında ilk oyununu keçirib.

Bizim.Media xəbər verir ki, F qrupunda yer alan Elşad Quliyevin başçılıq etdiyi yığma Belçika seçməsi ilə qarşılaşıb.

Görüş milli komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Vüsal İsayev (2) və Samir Həmzəyev vurublar.
Azərbaycan millisi qrup mərhələsində növbəti oyunlarını iyunun 3-də İtaliyaya, bir gün sonra isə Fransaya qarşı keçirəcək.

Qeyd edək ki, bundan əvvəlki Avropa çempionatının qalibi məhz Azərbaycan yığması olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO