Kadi Borges

Kadi Borges "Qarabağ"a qayıdacaq?

Hazırda oxunan: Kadi Borges "Qarabağ"a qayıdacaq?

195302

Rusiyanın "Krasnodar" klubunun futbolçusu Kadi Borges "Qarabağ"a qayıtmaq istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə "RB Sport" nəşri iddia irəli sürüb.

28 yaşlı yarımmüdafiəçinin yay transfer dönəmindən komandanı tərk etmək ehtimalının yüksək olduğu bildirilib. "Krasnodar" oyunçu üçün təklifləri nəzərdən keçirməyə hazırdır, sərfəli təklif olsa, transferə mane olmayacaq.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilədək “Qarabağ”ın formasını geyinib. O, cari mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO