“Şamaxı” yeni məşqçi axtarır

“Şamaxı” yeni məşqçi axtarır

Hazırda oxunan: “Şamaxı” yeni məşqçi axtarır

195141

“Şamaxı” yeni baş məşqçi axtarışındadır. Premyer Liqaya qayıdan bölgə klubu yeni mövsümə yeni çalışdırıcı ilə başlayacaq.

Bizim.Media xəbər verir ki, komandanı elitaya yüksəldən Ramiz Məmmədovla vidalaşmaq qərarı verilib.

Klub rəhbərliyinin qərarından xəbərdar olan məşqçi taleyi ilə barışıb. O, yenidən uşaq komandalarının koordinatoru kimi fəaliyyətini davam etdirəcək. Şamaxılılar artıq 4 nəfərlə təmasda olub. Amma hələlik heç kimlə razılıq əldə olunmayıb. Klubun yetərli büdcəsi yoxdur, yeni mövsümdə legionersiz çıxış etmək istəyirlər. Elə bu səbəbdən danışıqlarda iştirak edən məşqçilərin heç biri ilə razılıq əldə olunmayıb. Klub rəhbərliyi əlavə maliyyə axtarışındadır. Bu problem həll olunduqdan sonra məşqçi seçimində son qərar veriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO