Azərbaycan millisi Türkiyəyə UDUZDU

Azərbaycan millisi Türkiyəyə UDUZDU

Hazırda oxunan: Azərbaycan millisi Türkiyəyə UDUZDU

195124

Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Bizim.Media xəbər verir ki, Siyasət Əsgərovun komandası B Liqasının 1-ci qrupunda Türkiyə ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Görüş "Ərzincan 13 Şubat" şəhər stadionunda keçirilib. Matçı fransalı referi Aleksandra Kollin idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi bunadək səfərdə Macarıstanla heç-heçə (1:1) edib, evdə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub. Komanda 1 xalla qrupda sonuncu - 4-cü pillədə qərarlaşır.

Əlavə edək ki, bu komandalar qrup mərhələsinin IV turu çərçivəsində iyunun 4-də, saat 19:00-da “Liv Bona Dea Arena”da qarşılaşacaqlar.

21:00. Türkiyə - Azərbaycan - 1:0

Qol: Ebru Topçu, 43-pen.

Baş hakim: Aleksandra Kollin

"Ərzincan 13 Şubat"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO