“Araz Naxçıvan” 6 futbolçusu ilə müqaviləni UZATDI

“Araz Naxçıvan” 6 futbolçusu ilə müqaviləni UZATDI

Hazırda oxunan: “Araz Naxçıvan” 6 futbolçusu ilə müqaviləni UZATDI

195024

Yeni mövsümlə bağlı transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqavilə müddəti başa çatan 6 futbolçusunu komandada saxlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komanda Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson və Elçin Mustafayevlə ortaq məxrəcə gəlib. 

Bu futbolçular 2024/25-ci il mövsümündə də “Araz-Naxçıvan”ın heyətində yer alacaqlar. 

Qeyd edək ki, “Araz-Naxçıvan” daha öncə Urfan Abbasov, Ömər Buludov, Tərlan Əhmədli və Ülvü İsgəndərovu heyətinə qatıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO