“Səbail”in kapitanı komandadan AYRILDI 

“Səbail”in kapitanı komandadan AYRILDI 

Hazırda oxunan: “Səbail”in kapitanı komandadan AYRILDI 

194687

"Səbail"də ilk ayrılıq gerçəkləşib.

Bizim.Media xəbər verir ki, müdafiəçi Adil Nağıyev Bayıl təmsilçisini tərk edib. Kapitan bununla bağlı instaqram hesabında paylaşım edib:

"5 il formasını geyindiyim “Səbail”lə yolları ayırmaq qərarına gəldik. Üzərimdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Baş məşqçi, rəhbərlik, komanda yoldaşlarım, hər bir azarkeşə minnətdaram. Hər şey üçün təşəkkürlər. Hər zaman qəlbimdə olacaqsınız. Bir gün görüşmək ümidi ilə".
Qeyd edək ki, Adil Nağıyev 2019-cu ilin yayından "Səbail"də çıxış edirdi. 28 yaşlı mərkəz müdafiəçisi son mövsümdə komandanın heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO