"Turan Tovuz" mövsümü qələbə ilə başa vurdu

Hazırda oxunan: "Turan Tovuz" mövsümü qələbə ilə başa vurdu

194185

Futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu – XXXVI turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Kəpəz"i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. 74-cü dəqiqədə Otto Con fərqlənib.
Xallarının sayını 48-ə çatdıran Tovuz klubu mövsümü 6-cı, 35 xala malik Gəncə təmsilçisi isə 8-ci pillədə başa vurub.

Qeyd edək ki, günün ikinci görüşündə "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək. XXXVI turun ilk oyunlarında "Sabah" "Neftçi"ni, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO